17 Yanvar 2018 17:23
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Böyükxanım Əliyevanın həyatı təhlükəsi sovuşub.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor Qurban Məsimov deyib.

Onun sözlərinə görə, aktrisanın ağciyərləri bu gün səhər yoxlanılıb: “Rentgenin cavabları yaxşı çıxdı. Ürəyinin müalicəyə ehtiyacı var. İndi yaxşıdır. Artıq danışa və yemək yeyə bilir”.

Qeyd edək ki, aktrisa dünən səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə çatdırılıb.

Xatırladaq ki, Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.


Müəllif: Şəfiqə Nazimqızı