18 Yanvar 2018 10:30
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postu yaxınlığındakı "Avtovağzal" adlanan ərazidə Azərbaycan aksiz markası ilə markalanmayan siqaret və spirtli içkilərin toplanması barədə məlumat daxil olub.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupunun qeyd edilən ərazidə apardığı əməliyyat tədbirləri nəticəsində içərisində Azərbaycanın aksiz markası ilə markalanmayan malların olduğu ehtimal edilən VAZ-21 099 markalı nəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilin sərnişini Azərbaycan vətəndaşı nəqliyyat vasitəsindəki yüklərin ona aid olduğunu bildirdikdən sonra "Sınıq Körpü" gömrük postunun ərazisində qanunvericiliyə uyğun şəkildə yüklərə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 1 litrlik həcmdə 29 ədəd müxtəlif markalı spirtli içkilər, 4200 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com