18 Yanvar 2018 14:07
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın yeni kitabı çap olunub.

Teleqraf.com xəbər verir ki, “İslam qorxusu və müsəlman qoxusu” adlı 248 səhifəlik kitabda islam dininə, onun mahiyyətinə, dini həyatın fərqli aspektlərinə aid dövri mətbuatda, elmi jurnallarda çap olunmuş publisistik və elmi məqalələr yer alıb.

F.Mustafa qeyd edib ki, kitabda Azərbaycan cəmiyyətində doğru din anlayışı, xurafat və cəhaləti doğuran amillər, dini-mənəvi dəyərlərin yenidən dəyərləndirilməsi kimi mövzulara toxunulub, məzhəbçilik və təriqətçilik təzahürlərinin fərqli baxış bucağından təhlili verilib. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.

Deputat “İslam qorxusu və müsəlman qoxusu”nun indiyədək çap olunan 20-ci kitabı olduğunu vurğulayıb:

“Kitab düşünən və anlayan oxucular üçün nəzərdə tutulub. İnsanlarımızın maariflənməsi istiqamətində faydalı olacağına ümid edirəm”.


Müəllif: Səxavət