18 Yanvar 2018 17:15
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Nəqliyyat Agentliyinə (BNA) 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 Dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib.

BNA-dan Teleqraf.com-a verilən məlumata görə, müəyyən edilib ki, sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobusunu yolun əks-istiqaməti üzrə idarə edib.

Həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb.

Bakı Nəqliyyat Agentliyinin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.


Müəllif: Şəfiqə