19 Yanvar 2018 11:03
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ili Dövlət Gömrük Komitəsi uğurla başa vurdu. Lakin az da olsa, istər işimiz, istərsə də iş adamları ilə bağlı problemlər də olub.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

A.Əliyev bildirib ki, dünyada iqtisadi böhran müəyyən qədər səngiyib, Azərbaycan iqtisadiyyatı isə ötən il ərzində inkişaf edib.

“Ötən il ticarət dövriyyəsi 22 milyard manatdan çox olub.13 milyardı ixrac, 8 milyarddan çox idxal əməliyyatı həyata keçirilib. Valyuta axını ilə ötən ildən fərqli olaraq 291 milyon dollar olub. İdxalın artımı investisiyanın qoyuluşu ilə bağlı ölkə prezidenti tərəfindən verilən qərarlarla birbaşa əlaqədardır. Bu səbəbdən ötən il tikinti və digər məhsullar idxal edilib.

Keçən il Gömrük Komitəsinin büdcə proqnozu 16 faiz artımla yerinə yetirilib”.

A.Əliyev bildirib ki, 2017-ci ildə gömrük qaydalarının pozulması ilə 8819 fakt aşkarlanıb.

“İl ərzində 2770 kq qaçaqmal narkotik vasitə dövriyyədən götürülüb. 1 milyard 600 min ABŞ dollarının ölkədən qanunsuz çıxarılması faktı aşkarlanıb. Həmçinin 1 milyon 200 min manatdan artıq qızıl və digər zinət əşyalarının qanunsuz şəkildə ölkədən çıxarılması aşkar edilib”.

A.Əliyevin sözlərin görə, Gömrük Komitəsindən olan şikayətlərin sayında ildən-ilə azalma qeydə alınır:
“2015-ci ildə 2500-dən artıq şikayət daxil olubsa, ötən il bu rəqəm 700 olub. Şikayətlərin 95 faizdən çoxu fiziki şəxslər tərəfindən aksizli malların gömrükdən keçirilməsi ilə bağlıdır ki, bu məsələ ilə bağlı qanunvericilik çərçivəsində tədbir görülüb.

Onu da qeyd edim ki, qanunları pozan gömrük əməkdaşlarına qarşı da sərt tədbirlər görülüb. Ötən il 334 nəfər gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. 10 nəfər vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə prokurorluq orqanlarına təqdim edilib, 7 nəfər isə gömrük idarəsi tərəfindən istintaqa cəlb edilib”.

A.Əliyev bir sıra gömrük əməıliyyatlarının ASAN xidmət vasitəsilə həyata keçirilməsinin əhəmiyyətindən danışıb: “Artıq ASAN xidmətdə vasitəsilə 14 gömrük əməliyyatları həyata keçirilir”.


Müəllif: Teleqraf.com