19 Yanvar 2018 13:25
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Bunu Teleqraf.com-a açılqmasında “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımov deyib.

Klub rəhbəri bildirib ki, hazırda ərazidə axtarışlar aparılır: “Hələlik nəticə yoxdur. Mən hazırda bəzi işlərlə bağlı Bakıdayam. Yenə Qubaya qayıdacam. Axtarışla bağlı dəqiq bir məlumat verə bilməyəcəm".

O, qeyd edib ki, alpinistlərin axtarışı ilə bağlı türkiyəli mütəxəssislərin əraziyə gəlməsi barədə heç bir söz deyə bilmir”.

2017- ci il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.


Müəllif: İlhamə Əbülfət