19 Yanvar 2018 14:32
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il 6 milyondan artıq siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Ə.Əliyev bu gün qanunsuz siqaret idxalının inkişaf etmiş ölkələr qarşısında da duran əsas problemlərdən olduğunu deyib:

“Məsələn, Amerika Birləşmiş Ştatlarında 20 il əvvəl ən yaxşı halda qanunsuz ticarət dövriyyəsinin 11-12 faizinin qarşısını almaq mümkün olurdu”.

A.Əliyev bildirib ki, qanunvericilikdə əvvəlki tələbələrə görə, hər bir insan sərhəddini keçərkən 3 blok siqaret gətirə bilərdi. Səylərimiz nəticəsində bunu ayda bir dəfəyə endirdik.

“Təəssüf ki,gömrüklə bağlı şikayətlərin 99 faizi siqaretlə bağlıdır.Onlar siqaretlərinin əllərindən alınamsına etiraz edirlər. Bəzi iş adamları kənd-kənd gəzib insanları narahat edir, yaşlı adamları bu işə cəlb edirlər. Biz təkcə gömrükdə deyil, qanunsuz siqaret satışına qarşı Bakı ilə yanaşı bölgələrdə də mübarizə aparırıq”.

A.Əliyev siqaret idxalı ilə bağlı bəzi tələblərin dəyişməsi üçün Milli Məclisə təkliflər hazırladıqlarını bildirib.

“Parlamentə fiziki şəxslərə sərhəddi keçərkən ayda 3 blok siqaret məhdudiyyətinin 1 bloka endirilməsini təklif edəcəyik. Hazırda siqaret satışına görə yaş məhdudiyyəti var, amma ölkəyə gətirilməsinə görə yaş məhdudiyyəti yoxdur. Bu məsələyə də baxıla bilər.Düzdür, qaçaqmalçılqı yolları ilə gətirilməyə maraq artıracaq. Bu istiqamətdə də tədbirlərimizi davam etdirəcəyik”.


Müəllif: Gülxar