19 Yanvar 2018 22:45
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” klubunun üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiram olaraq, Şəhidlər Xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb.

Klub üzvləri Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarı üstə qərənfillər düzüblər.


Müəllif: Samir