19 Yanvar 2018 21:49
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Akademiyadan Teleqraf.com-a verilən məlumata görə, əməkdar jurnalist, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş “ Dolu” filmi nümayiş olunub.

Filmin nümayişindən öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qedək ki, 2012-ci ildə dövlət sifarişi ilə çəkilən “ Dolu” filminin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyevdir . Qəhrəmanlıq və şücaət səhnələri ilə dolu olan filmdə istedadlı aktyorlar iştirak ediblər.


Müəllif: Sara