21 Yanvar 2018 11:22
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika çaylarında sululuq səviyyəsi ilə bağlı açıqlanan son məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 140-190, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR çaylarında isə 220 faizini təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.coç-a verilən məlumatda bildirilir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 218 m3/s olmaqla ongünlük normanın 136 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 47 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyan və Bankə məntəqələrində 4 sm azalma, lakin Surrada 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 377 sm (2017-ci il yanvarın 15-də 447 sm), Şirvanda 247 sm (2017-ci il yanvarın 15-də 351 sm), Salyanda 199 sm (2017-ci il yanvarın 15-də 297 sm), Bankədə 211 sm (2017-ci il yanvarın 15-də 233 sm), Araz çayının Novruzlu məntəqəsində isə 108 sm (2017-ci il yanvarın 15-də 173 sm) təşkil edib.


Müəllif: Teleqraf.com