22 Yanvar 2018 11:12
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 yanvar 2018-ci il tarixində Tərtər şəhərində Gənclər Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.co-a verilən məlumata görə, qəbulda Tərtər, Ağdam, Bərdə rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-nin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında 23 yanvar 2018-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Müəllif: Teleqraf.com