22 Yanvar 2018 12:35
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi fevral 20-də növbəti hərrac keçirəcək.

Teleqraf.com-un məlumatına görə, yeni hərraca müxtəlif çeşidli 148 dövlət əmlakı çıxarılacaq.

Onlardan 25-i səhmdar cəmiyyət, 71-i kiçik dövlət müəssisə və obyekti, 52-si istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

Belə səhmdar cəmiyyətlərə “Salyan Broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” şirkətləri daxildir.

Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan, ilkin start qiyməti ən baha olan əmlak “Salyan Broyler”dir. Adı çəkilən əmlakın səhminin 30%-i 170 min manata yaxındır.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Yevlax, İsmayıllı, Sabirabad, Yevlax, Zərdab, Şirvan, Xızı bölgələrində və digər şəhər və rayonlarda yerləşir.

Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Ağcabədi, Astara, Salyan, Şəki və digər şəhər və rayonlarındadır.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 37-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.


Müəllif: İlhamə Əbülfət