22 Yanvar 2018 13:35
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda stomatoloji xidmət haqqında qanun layihəsinin hazırlanmasına ehtiyac var. Çünki ölkədə stomatoloji kabinetlərin də sayı artır. Belə bir qanun yazılması vacibdir.

Bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Səhiyyə komitəsinin bugünkü iclasında çıxış edib.

Onun sözlərinə görə, bu qanun layihəsi MM-in digər komitələrində də təbliğ edilməlidir: “Çünki reproduktiv sağlamlıq ailənin qorunması, gənc nəslin yetişməsi deməkdir. Çox təəssüf ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi dedikdə onun hansısa bəndini tutaraq, bu layihəyə kölgə salırlar”.

Komitənin üzvü İlham Məmmədov isə qeyd edib ki, şəkər xəstələri üçün dərman bazarının mühüm strateji sahə kimi qiymətləndirilməsi lazımdır.

MM üzvü Rəşad Mahmudov qeyd edib ki, 2017-ci ildə Azərbaycanda əhali arasında ölümün ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub: “Həmin göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir. Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var”./Trend/


Müəllif: Teleqraf.com