22 Yanvar 2018 16:26
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan qarşısında borc" gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təşəbbüsü" layihəsinin təşkilatdaxili təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində qalib olmuş Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyinin"Azərbaycan qarşısında borc" gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təşəbbüsü" layihəsinin təşkilatdaxili təqdimatı 21 yanvar 2018-ci il tarixində Azərbaycan Skautlar Assosiasiyasının ofisində təşkil olunub. Təqdimatda təşkilatın Milli Komitəsinin, idarə heyətinin üzvləri və həmçinin təşkilatın digər fəal üzvləri də iştirak edib.
Qeyd edək ki, layihənin əsas məqsədi: skaut hərəkatı vasitəsilə regionlarda yeniyetmə və gəncləri vətənpərvər ruhda tərbiyə etmək, onların ictimai fəallığını artırmaq, Respublika səviyyəsində hərəkatın inkişafına nail olmaq və bununla da ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətinə tövhə verməkdir. Məhz bu səbəbdən də, layihənin ümumi fəaliyyət planına uyğun olaraq növbəti təqdimat görüşləri 6 rayonda keçiriləcək:

Şirvan şəhəri 03.02.2018

Quba rayonu 04.02.2018

Xaçmaz rayonu 04.02.2018

Mingəçevir şəhəri 11.02.2018

Ağdam rayonu 17.02.2018

Balakən rayonu 24.02.2018

Rayonlarda təqdimatdan sonra görüşdə iştirak edənlərə anketlər paylanılacaq. Anketlər oxunaraq təhlil olunduqdan sonra seçilmiş gənclər ilə müsahibə keçiriləcək. Müsahibənin də nəticəsinə uyğun olaraq hər rayondan 2-3 gənc layihədə iştirak haqqı qazanacaq. Layihədə iştirak edəcək gənclərə layihə çərçivəsində skaut uniforması, liderlik məktəbində, skaut təlim və düşərgəsində iştirak ödənişsiz olacaq. Həmçinin mart ayında keçiriləcək Liderlik məktəbindən sonra 3 ay ərzində (aprel, may və iyun) qeyd olunmuş rayonlarda layihə iştirakçıları 11-15 yaşlı uşaq və yeniyetmələrdən ibarət skaut dəstələri yaradacaqlar ki, məhz bu dəstənin üzvlərinə də iyulda təşkil olunacaq 8 günlük yay düşərgəsində iştirak ödənişsiz olacaq.
Yuxarıda qeyd olunmuş rayonlarda yaşayan 18 yaşdan yuxarı və skaut həyat tərzinə marağı olan gənclər təqdimatda iştirak etməyə və layihənin iştirakçısı olmağa dəvət edilir.

Layihə haqqında daha ətraflı məlumat əldə etmək və yaxud da könüllü olmaq istəyirsinizsə, aşağıdakı vasitələr ilə əlaqə saxlaya bilərsiniz:

1. communication@scout.az

2. +994 70 917 54 51 (Hüseyn Hüseynov)
+994 55 400 14 88

3. https://www.facebook.com/huseyn.huseynov.18


Müəllif: Teleqraf.com