22 Yanvar 2018 19:09
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Ədliyyə Nazirliyi İcra baş idarəsinin 31 əməkdaşı fəaliyyətində yol verdiyi ciddi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 5 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə bildirilib.

Müşavirədə nöqsan və çatışmazlıqlar da qeyd olunub, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması, icradan qərəzli şəkildə boyun qaçıran şəxslərin vaxtında inzibati məsuliyyətə cəlb olunmaması və digər neqativ hallar diqqətə çatdırılaraq onların aradan qaldırılması tələb edilib. (Report)


Müəllif: Teleqraf.com