23 Yanvar 2018 10:14
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan "Land Rover Range Rover" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət