23 Yanvar 2018 11:40
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil sistemində bəzi boş qalan vəzifələr var ki, onlar öz təyinatını gözləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, Təhsil naziri vəzifəsi hələ də vakantdır: “Daha sonra Lənkəran Dövlət Universitetinin rektoru, Azərbaycan Texniki Universiteti rektoru, Ali Attestasiya Komissiyasının sədri, Təhsil İnstitutunun direktoru, Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının rəisi vəzifələri boşdur”.

Qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarov ötən il dekabr ayının 5-i Vergilər naziri təyn edilib.


Müəllif: Şəfiqə Nazimqızı