23 Yanvar 2018 17:45
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

İçdiyimiz çay sağlamlıq üçün riskdir.

Teleqraf.com xəbər verir ki, bunu həkim Rizvan Məmmədov deyib.

O bildirib ki, çayın qida maddələri ilə zəngin olduğu hamıya məlumdur, lakin çayın çox içilməsi sümük əriməsinə gətirib çıxarır:

“Artıq maye kalsiumu bədəndən çıxardır. Nəticə etibarilə görürsünüz ki, insanlarda sümük sınması halları baş verə bilir. Buna görə də imkan daxilində çayı daha az qəbul etmək lazımdır.

Qeyd olunan proses orqanizmdə gizlin gedir. Yalnız sümük tam kövrəldikdən sonra - qırılan zaman büruzə verir. Çayın tərkibindəki kofein və tanin miqdarı baş ağrısına və yuxusuzluğa səbəb ola bilir. Çayın dəmlənmə qaydalarında əməl etmək şərtdir - uzun müddət dəmlənməsi orqanizmə zərərlidir" .

Həkim R. Məmmədov onu da qeyd edib ki, yaşlı, ürək xəstəsi olan insanlar, hiportoniklərin həddindən çox çay qəbul etməsi məsləhət deyil:

“Çayın tərkibində kofeinə bənzər maddələr ürək döyüntüsünü artırır. Tünd rəngli çayın tərkibində kofein miqdarı çox olduğundan asılılıq yaradır. Odur ki, rəngi nə qədər açıq olsa, bir o qədər yaxşıdır. Qaynar çay müxtəlif mədə xəstəliklərinə səbəb olur".

Rizvan Məmmədov çayın armudu stəkanda içilməsini məsləhət bilib:

“Çalışmaq lazımdır ki, çay gün ərzində 2 ya 3 dəfədən artıq içilməsin. Çay içilən zaman maksimum istilik 56 dərəcə olmalıdır. Ac qarına tövsiyə edilmir, yeməkdən əvvəl qəbulu mədə şirəsini azaldır, proteinin mənimsənilməsini ləngidir.

Mütəxəssislərin fikrincə, çayı yeməkdən 20-30 dəqiqə əvvəl və ya sonra içmək məsləhət görülür.

Dahi Nizami Gəncəvi nahaq yerə deməyib: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”...

ARB-nin hazırladığı videosujeti təqdim edirik:


Müəllif: Teleqraf.com