24 Yanvar 2018 11:35
2 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etibarnamə ilə alqı-satqı dövlət tərəfindən tanınmır.

Bu sözləri Teleqraf.com-a tanınmış hüquqşünas Səməd Vəkilov deyib.

Onun sözlərinə görə hüquqi nöqteyi-nəzərdən etibarnamə alqı-satqı sənədi deyil: “Son zamanlar bu problemlə məhkəməyə müraciət edənlərin sayı əvvəlkilərə nisbətən daha çoxdur. Düzdür, etibarnamə ilə alqı-satqı edərkən notariusda bunu qeyd edirlər. Təcrübə də göstərir ki, çox vaxt məhkəmə prosesində zərərçəkmişin xeyrinə qərar çıxarılır, ancaq məsələyə hüquqi nöqteyi-nəzərdən yanaşanda etibarnamə alqı-satqı sayılmır.

Ona görə ki, avtomobil birinci şəxsin adında qeydiyyatda qalır və ona qarşı mülklə bağlı hər hansı iddia qaldırılanda onun adında olan hər şeyə həbs qoyulur. Əgər bu, birgə nikah dövrünə təsadüf edirsə, əmlak məhkəmə qərarı ilə boşanan şəxslərin arasında bölünür.

Mən məsləhət görərdim ki, alqı-satqı zamanı hər kəs işini ehtiyatlı tutsun. Nə alırlarsa, mütləq onu öz adlarına qeydiyyatdan keçirtsinlər. Əks halda bu cür problemlərlə üzləşəcəklər”.


Müəllif: Xəzər Süleymanlı