9 Fevral 2018 16:50
3 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:23

Xalq artisti Zərnigar Ağakişiyeva ilə vida mərasiminin keçiriləcəyi ünvan hələlik məlum deyil.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, onun nəşi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Yaxın 1 saat ərzində xalq artistinin dəfn yeri və vida mərasimi haqqında məlumat veriləcək.

Xatırladaq ki, xalq artisti Zərnigar Ağakişiyeva fevralın 8-i axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edib.

***

11:10

Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Zərnigar Ağakişiyeva Yasamal rayonu, Hüseyn Cavid prospekti 709 ünvanındakı 19 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşən mənzildə tək yaşayırmış. Son iki gündə yaxınları onunla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət edib. Həmin ünvana gələn polislər qapının arxadan bağlı olduğunu görüblər və aiddiyyəti üzrə FHN-in xilasetmə xidmətinə müraciət edilib. Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən qapı açıldıqdan sonra 73 yaşlı aktrisanın vəfat etdiyi məlum olub. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.

Z.Ağakişiyevanın son illərdə xəstəlikdən əziyyət çəkdiyi bildirilir. O, xeyli vaxtdır həmkarları ilə ünsiyyətdən qaçırmış və özünə qapanıbmış./Lent.az/

***

11:49

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva Qubada dəfn olunacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.

Vüqar Şixəmmədov bildirib ki, xalq artistinin cənazəsi Quba rayonuna yola salınıb: “Zərnigar Ağakişiyeva Quba qəbiristanlığında, anasının yanında dəfn ediləcək”.

***

Xalq artisti Zərnigar Ağakişiyeva dəfn olunub.

Xalq artisti Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.


Müəllif: İlhamə Əbülfət, İradə Musayeva