13 Fevral 2018 01:59
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - praktik, praqmat olun. Yaxşı tanımadığınız, bələd olmadığınız insanlara maliyyə yardımı ilə bağlı vədlər verməyin. Pulla bağlı öhdəlikləri unutmayın. Yaşama ifrat nikbin baxmayın. Şirnikləndirici təkliflərə aldanmayın. Sonradan təəssüflənməmək üçün fəaliyyətin optimal istiqamətini seçin. Günün ikinci yarısı ailə üzvlərindən birinin problemini həll etmək üçün yaxşı zamandır. Qohumlarınıza qayğı ilə yanaşın. Yaradıcılıq sizi sevindirəcək. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Buğa - peşəkar fəaliyyətinizdə adi günlərdən fərqli olaraq çətinliklər az deyil. Günü daha sakit, rəvan şəraitdə keçirmək istəsəniz də, alınmayacaq. İstirahət və ya əyləncə fikirlərini unudun. Situasiya sizdən maksimum səylər və cəhdlər tələb edir. Günün ikinci yarısında qəfil olaylar yaşanmayacaq. Cəhdlərinizi normal məqsədlərə sərf edin. Ailə üzvləri arasındakı mübahisədə arbitr rolunu oynamayın. Sizdən ədalətli qərar istəyəcəklər. Dostlar arasında yaranan münaqişənin qarşısını alın.

Əkizlər - günün ilk yarısından etibarən məqsəd və hədəfləri konkretləşdirməsəniz, çətinliklərlə üzləşə bilərsiniz. Maddiyyat sizi ən çox maraqlandıran nəsnəyə dönməməlidir. Problemlərin həllinə yaradıcı yanaşın, orijinal metodlardan istifadə edin. Günün ikinci yarısında planlarda yenilənmələr olacaq. Yaxın gələcəklə bağlı layihədə yeniliklər edin. Uzun-uzadı müzakirələrə heç bir lüzum yoxdur. Şəxsi münasibətlərdə ağır dönəmdir. Yaxınlarınızın, dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Ailə üzvlərinin tələbatını qulaqardına vurmayın.

Xərçəng - şərait nə qədər sakit və rəvan olarsa, görəcəyiniz işlərdə bir o qədər norml nəticələr əldə edəcəksiniz. Tələskənlik, vurnuxma diqqətinizi yayındıra bilər. Sonradan çox ağır fəsadlara malik kobud səhvlərə yol verməyin. Axşam saatlarına yaxın fiziki aktivliyi bir qədər aşağı salın. Kütləvi tədbirlərə qatılmayın. Axşam saatlarında normal istirahət edin.

Şir - görəcəyiniz işlərdə uğur qazanmaq istəyirsinizsə, rasionallığı unutmayın. İkinci dərəcəli məsələlərə çox vaxt ayırmayın. Mənfəətinizi ani hisslərə qurban verməyin. İmkanlardan yararlanmağı bacarın. Günün ikinci yarısı zərərli vərdişlərdən birini unutmaq üçün yaxşı zamandır. Şəxsi münasibətlərinizdə problemlər yaradan insanla qarşılaşsanız, soyuqqanlı olun, emosiyalara qapılmayın. Praqmat olsanız, məqsədə doğru aparan yolda xeyli irəliləyə bilərsiniz.

Qız - problemlərin sayı artsa da, məqsədə doğru hərəkətinizdən sapmayın. İntuisiyanıza güvənsəniz, bir sıra problemlərin həllini tapa bilərsiniz. Başladığınız bütün işləri sona çatdıracağınızı düşünməyin. İşlər arasında ən mühümünü seçin, onu reallaşdırmağa başlayın. Günün ikinci yarısında ötənlərdəki olaylarla bağlı təcrübəyə, yaxın ətrafınızdakı insanların mövqelərinə əsaslansanız, uduzacaqsınız. Emosional durumunuz yaxınlarınızla münasibətlərə mənfi təsir etməməlidir. Aqressiv və sərt danışsanız, kobudluq etsəniz, önəmli əlaqələrdən biri korlana bilər.

Tərəzi - günün ilk yarısında mübahisə olacaq. Haqlı olduğunuzu sübuta yetirməklə yanaşı, təmaslarda harmoniyaya nail olun. Ətrafınızdakı insanların davranışlarını sərt tənqid etməyin. Fikir və istəklərin müxtəlifliyi aksiomu ilə barışın. Günün ikinci yarısında sakit olun. Yaşamın müxtəlif yönlərini olduğu kimi qəbul edin. Mübahisələrə qatılmayın. Yaşamın bəzi olayları ilə bağlı emosiyalarınız tarıma çəkilməsin. Situasiya hisslərinizlə oynamamalıdır. Şəxsi münasibətlərin rəvan qalmasını istəyirsinizsə, bir müddət kənar müşahidəçiyə çevrilin. Daxili sakitliyiniz yaxın ətrafınızdakı insanların da təmkinli davranmalarına rəvac verə bilər. Axşam saatları qohumlarla ünsiyyət üçün əlverişlidir.

Əqrəb - şəxsi maraqlarınızı unudaraq başqalarının problemlərinin həllinə aludə olmayın. Cəmiyyətdəki yerinizi düşünün, statusunuzu yüksəltməyə çalışın. Hadisələrin axarına təsir imkanlarına malik insanla danışıqlar apararaq mövqelərinizi möhkəmlədə bilərsiniz. Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Pulunuzun qədrini bilin. Yaxınlarınızın hissləri ilə oynamayın. Ətrafınızdakı insanları böyük oyununuzda piyada saymayın. Belə davransanız, özünüzə düşmən qazanacaqsınız.

Oxatan - özünüzə həddən artıq güvənməyin, təkəbbürlü və eqoist olmayın. Problemlərin öhdəsindən asanlıqla gələcəyinizi əsla düşünməyin. Problemləriniz barədə etibar etdiyiniz insanla danışa bilərsiniz. Münasibətlərdə təşəxxüslü olmasanız, yardım və dəstək ala bilərsiniz. Günün ikinci yarısında etibarlı köməkçi tapacaqsınız. Ailədəki nüufuzunuzun qeydinə qalın. Dartışmalı vəziyyəti çözməyə çalışanda diqqətli olun ki, münaqişə yaranmasın. Birgə tədbir keçirmək olar. Təşkilatçılıqdan yayınmayın.

Oğlaq - hansısa addımı atmazdan əvvəl şübhələnirsinizsə, qərarınızdan tam əmin deyilsinizsə, yaranmış situasiyaya uyğun addım adın. Belə şəraitlə bağlı təcrübəyə malik insanların məsləhətlərindən yararlanın. Çox ağır işə başlamayın. Proses yarımçıq qala bilər. Çoxdan bəri görmədiyiniz, darıxdığınız insanla bağlı xoş məlumat alacaqsınız. Maddi məsələlər təmaslarda gərginlik yaratmasın. Güzəştlərə meylli davranış bir çox problemlərin yaranmasının qarşısını ala bilər. Axşam saatlarında gəzintiyə yollanın.

Dolça - yaranan problemlər yaşam proseslərinə olan münasibətinizi dəyişdirməsin. İndiyədək çox mühüm, hədsiz dərəcədə önəmli saydığınız məsələlər indi ikinci dərəcəli detallar təsiri bağışlaya bilər. Hadisələrin axarına təsir etmək, bəzi olaylarda köklü dəyişikliklər etmək istəyəcəksinz. İş yeri, fəaliyyət sahəsi və hətta yaşam arealının dəyişdirilməsi ilə bağlı fikirlər yarana bilər. Amma bunlar, sadəcə, arzu, xəyaldır. Günün ikinci yarısında ətrafınızdakı insanları müşahidə edin. Dostlar və yaxınlarla ünsiyyətdə kiçik təfərrüatları nəzərdən qayırmayın. Sevdiyiniz insanla təmaslarda ifrat emosional olmayın.

Balıqlar - günün ilk yarısından etibarən təmkinli və səbrli davranış sizi çoxdan bəri narahat edən problemin həllinə imkan verəcək. Fəaliyyətinizdə harmoniyaya nail olun. Təxəyyülü işə salın. Əks təqdirdə yaradıcılıq imkanlarınız məhdullaşa bilər. Günün ikinci yarısında evdə sadə, rahat ortamın yaranmasına təkan verin. Ən adi məqamlar sizi sevindirəcək. Ailə üzvlərinin qayğısına qalın, onların dediklərinə diqqətlə qulaq asın. Axşam saatlarına aktiv fiziki hərəkətləri və ya idmanı planlaşdırmayın.

Milli.Az


Müəllif: Teleqraf.com