13 Fevral 2018 17:29
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:55

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericilik arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur.

Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur.

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

***

Azərbaycanda terrorçuluğa qarşı mübarizə sahəsində yeni cəzalar tətbiq olunacaq.

Teleqraf.com xəbər verir ki, bu fikir Milli Məclisin bügünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı səsləndirilib.

Məcəllənin 598-ci maddəsinin (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) 7-ci bəndinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər. 598.7 maddəyə əsasən, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Cavad