13 Fevral 2018 17:04
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcəbədidə 10 min nəfərin təbii qazla bağlı şikayəti var. Onlar bu şikayəti sizə çatdırmağımı istədilər.

Teleqraf.com-un məlumatına görə, bu sözləri millət vəkili Aqil Abbas "Qaz təchizatı haqqında" Qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, hazırda Ağcəbədi rayonunda 135 min əhali yaşayır, onun 125 mini təbii qazla təmin edilib:

“Ağcəbədi rayonunun Bayat kəndində illərdir təbii qaz yoxdur. Baxmayaraq ki, yaxınlıqda Ağdam və Ağcəbədinin digər kəndləri qazla tam təmin edilib. Təəssüf ki, Rövnəq müəllim burada deyil, bu məsələni ona şəxsən çatdırardım.

Seçicilər həm Milli Məclisin spikerinə, həm də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə bu şikayəti çatdırmağımı istədilər. Bu problemin qısa zamanda həllinə dəstək verməyinizi istərdim”.


Müəllif: Cavad