13 Fevral 20:29

Azərbaycanda 11 yaşlı uşağın qaraciyərindən nəhəng hesab edilən qurd kistası çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə uroloq-cərrah Fuad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, uşağın qaraciyərində qurd kistası yaranmasının səbəbi ev heyvanları ilə təmas saxlaması olub: “Qarnında ağrılar, halsızlıq ,ürəkbulanması şikayətləri olan 11 yaşlı oğlanın müayinəsi nəticəsində məlum oldu ki, qaraciyərində təqribən 11-12 sm ölçüdə qurd kistası (exinokokk) mövcuddur . Dərman müalicəsindən sonra cərrahi əməliyyat planlaşdırıldı. Qaraciyərin 7-8 seqmentində diafraqmaya yapışıq yerləşən, uşaq üçün nəhəng hesab edilən kista texniki cərrahi çətinliklərlə ləğv edildi”.

Cərrah qeyd edib ki, uşaq əməliyyat sonrası tam sağlam şəkildə, 3 gün sonra dərman müalicəsinə davam etmək şərti ilə evə buraxılıb.


Müəllif: İlhamə Əbülfət
Загрузка...