14 Fevral 2018 11:53
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə tədbiri keçirib.

Müdafiə nazirinin müavini general Kərim Vəliyev, idarə rəisi general Rasim Əliyev, MN-in mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının iştirakı ilə keçirilən tədbirdə Mətbuat Şurasının idarə heyətinin üzvləri bə 50-yə yaxın media təmsilçisi iştirak edib. Tədbirdə Müdafiə Nazirliyinin rəhbərləri, idarə rəisləri də iştirak edib.

Verilən xəbərə görə, media kapitanları ilə hərbçi zabitlər arasında maraqlı müzakirələr, polemikalar gedir. Tərəflər hərbi mövzuların işıqlandırılmasına dair fikir mübadiləsi aparıblar. Müdafiə Nazirliyinin rəhbərliyi KİV rəhbərlərinin bütün sual və iradlarını cavablandırıb.

Eyni zamanda, AXC -nin 100 illiyi ilə bağlı yazı müsabiqəsinin keçirilməsi də razılaşdırılıb./Musavat.com/


Müəllif: Teleqraf.com