14 Fevral 2018 17:08
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibdə üzvlüyünə təkrar seçkilər keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, seçkilərin təşkili məqsədilə yaradılmış komissiyasının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın hüquqi aktların qəbulunda, bu sahələrdə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədinə xidmət etdiyini diqqətə çatdırıb.

Əjdər Cəbiyev vurğulayıb ki, İctimai şuranın əvvəlki tərkibdə fəaliyyət müddətinin qanunvericiliyə uyğun olaraq başa çatması ilə əlaqədar şuranın 15 nəfərdən ibarət yeni tərkibdə üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib.

Komissiya tərəfindən Şuraya üzv olmaq istəyən 49 nəfərin namizədliyi və səsvermədə iştirak üçün 184 QHT nümayəndəsi təsdiq edilib.

Ümumilikdə isə səsvermədə iştirak üçün 233 nəfər nümayəndənin iştirakı təsdiqlənib.

İctimai şuraya üzv seçilməsi üçün müvafiq Əsasnamədə nəzərdə tutulan qaydada keçirilən səsvermə nəticəsində yalnız iki nəfər seçilib.

İctimai şuranın qalan 13 üzvününü seçilməsi üçün təkrar seçki təşkil olunub. Tədbirin yekununda səslər komissiya üzvlərinin iştirakı ilə hesablanıb. Beləliklə, səsvermənin nəticələri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibini təşkil edəcək vətəndaş cəmiyyəti institutlarının nümayəndələri müəyyən olunub.

Həmin şəxslər aşağıdakılardır:

1. Rəhimli Davud Səid oğlu (Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri)

2. Rizazadə İradə Bağır qızı (“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri)

3. Əliyev Mayis Nəbi oğlu (”Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri)

4. Əsədov Etimad Savalan oğlu (“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri)

5. Həsənov Məmmədhəsən Murad oğlu (“Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri)

6. Həsənov Mirhəsən Yusif oğlu (“Azərbaycan Cernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri)

7. Kərimov Akif Meybulla oğlu (“Kür-Xəzər” xeyriyyə İctimai Birliyinin sədri)

8. Quliyev Zaur Yunis oğlu (“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri)

9. Mehdiyev Mehdi İmdad oğlu (“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri)

10. Mirzəyev Umud Rəhim oğlu (“Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun prezidenti)

11. Nuriyev Əliməmməd Mali oğlu (“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti)

12. Zeyni Rauf Xurşud oğlu (Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti)

13. Yusifova Şəhla Şərif qızı (“Jurnalist Qadınlar Assosiasiyası”nın vitse prezidenti)

14. Zeynalova Mehriban Heydərəli qızı (“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri)

15. Salmanov Elçin Fikrət oğlu (“Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası”nın sədr müavini)

İlhamə Əbülfət


Müəllif: İlhamə Əbülfət