14 Fevral 2018 18:37
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıətrafı ərazilərdə elə qəsəbələr var ki, orada hələ də su xətti yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, yeni salınan qəsəbələrdə suyun verilməsi ərazidən asılı bir məsələdir:

“Bu gün Maştağanın, Nardaranın elə hissəsi var ki, yüz illərdir orada yaşayış var, amma əhali su ala bilmir. Bakının Türkan, Zirə kəndində də eramızdan əvvəldən yaşayış olub. Azərsu tərəfindən həmin əraziyə 2013-cü ildə su xətti çəkilib və içməli su verilir. Yeni salınan qəsəbələrə su xəttinin verilməsi əraziyə və harda necə yerləşməsinə baxır. Konkret nəsə demək olmaz”.

Anar Cəbrayıllı bildirib ki, suyun verilməsi hər hansı plan üzrə olmur:

“Elə ola bilər ki, içməli su ilə bağlı problemi qəsəbənin bələdiyyəsi və ya icra nümayəndəsi həll edə bilər. İnsanlar özləri də yığışıb su xətti çəkdirə bilərlər. Konkret bir yer yoxdur ki, həmin əraziyə 1 ilə ya 5 ilə su xətti çəkiləcək deyilsin. Bu gün elə bir ərazi olur ki, tikiliş olan zaman biz əraziyə su veririk. Elə yer də var ki, insanlar özbaşına ev tikirlər və orada illərlə su olmur. Bakı kəndlərində qəsəbələr var ki, bulaqlardan istifadə edilir, əhali maşınla suyu alıb istifadə edirlər. Elə ərazi də var ki, Azərsu tərəfdən su xətti çəkilir və içməli su verilir”.


Müəllif: İlhamə Əbülfət