14 Fevral 2018 20:23
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bu oğurluğa gedəndə yoldaşım həbsdə idi.

Teleqraf.com xəbər verir ki, bu sözləri bütün ailə üzvləri həbsdə olan məhbus Xalidə Bəkirova ARB TV-nin “Rezonans” verilişində deyib.

Xalidə Bəkirova bildirib ki, atası həbsxanada rəhmətə gedib: “Anam da ondan 1 il sonra vəfat etdi. Bizi bacım böyütdü. Bacımın özü də burada həbsdədir. Yetim olmuşuq. Övladımla birlikdə cəza çəkirik. Mən bu oğurluğa gedəndə yoldaşım həbsdə idi. Maddi durumumuz yaxşı deyildi.

Qızım xəstə olduğu üçün qohumumla bir evə girdik və qızılları götürüb qaçdıq. Oğru yoldaşım tutuldu və 8 ay sonra məni tutdular. Oğurlanan pul 17 minlik deyildi, sadəcə ev sahibi özü həmin məbləği o qədər yazmışdı”.

Məhbus bildirib ki, əməlindən çox peşmadır: “Qızılları aparıb satdıq və uşağımı müalicə etdirdim. Qardaşım da həbsdədir. Oğurluq üçün girdiyimiz evdə kameralar var idi. Uşaqla birlikdə cəza çəkmək çox çətindir. O, ağlayanda ürəyim ağrıyır. Uşaq idim, qanmırdım. Bacım da pis oldu bura düşməyimə. Allaha yalvarır ki, birinci mən çıxım. Orada olmağımı istəmir”.

Qeyd edək ki, Xalidə Bəkirova 8 il 6 ay həbs cəzası verilib.


Müəllif: İlhamə