16 Fevral 2018 17:56
3 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin ailəsi ilə bağlı maraqlı bir faktı təqdim edirik:

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Nəsib bəy Yusifbəylinin aktyor nəvəsinin adı Dəmir bəy Göygöldür. O, Almaniyada yaşayıb və aktyorluq sənəti ilə məşğul olub. 1937-ci ilin 15 iyulunda İstanbulda anadan olub. 1968-ci ildə Almaniyaya mühacirət edib. Vyana Universitetinin "Teatr Tarixi və Dramaturgiya" fakültəsini bitirib.

Teleqraf.com xəbər verir ki, araşdırmaçı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev feysbuk hesabında baş nazirin nəvəsi ilə bağlı maraqlı bilgilər verib:

"O, Türkiyədə TRT Radio və müxtəlif səhnələrdə teatr sənətçisi olaraq çalışıb. İlk zamanlar ailəsi onun Parisə köçməsini istəsə də, Dəmir bəy Hamburqa köçür. Burda kino və teatrı sahəsində uğurlara imza atan Dəmir bəy bir çox kino mükafatlarına layiq görülüb. "40 m2 Almanya", "Divara Qarşı" ,"Soul Kitchen" və digər filmlərindəki rollarına Alman kino mükafatlarına sahib olub.

Xəstəliyi səbəbilə səsini itirdiyi, boğazında şiş yarandığı günlərdə bu vəziyyətini bilmədən ona bir çox filmlərdə rol üçün çox təklif vard. 2012-ci ildə Almaniyada ağır xəstəlikdən rəhmətə gedib".

Qeyd edək ki, Nəsib bəyin xanımı Şəfiqə Qasprinskaya idi. O da,Rus İmperiyasında türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğunun fərqinə varan ilk müsəlman ziyalılarından olan İsmayıl bəy Qaspıralının qızıdır. Dəmir bəy Göygöl həmdə mərhum İsmayıl Qasparlının nəticəsi sayılırdı. Atası Azərbaycan Cümhuriyyətinin xaricə göndərdiyi 104 tələbədən biri olan Mirzə Göygöl idi.


Müəllif: Teleqraf.com