16 Fevral 2018 19:42
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət qulluğuna qəbul imtahanına müraciətlərin azlığı Dövlət İmtahat Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadəni təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə M.Abbaszadənin özü "ASAN Radio"nun "QəbuldaASAN" verilişində çıxışı zamanı bildirib.

O bildirib ki, sabah dövlət qulluğuna keçiriləcək qəbul imtahanlarında cəmi 1537 nəfər iştirak edəcək: "Bu rəqəm gözləniləndən dəfələrlə aşağıdır. Biz xeyli müraciətin olacağını gözləyirdik. Lakin cəmi 1537 müraciət almışıq. Halbuki 2000-dən çox vakansiya elan olunub. Müraciətlərin azlığı bizdə təəccüb doğurur".


Müəllif: Ayxan