19 Fevral 2018 09:00
3 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Numerologiya mütəxəssisi Devid Meade bu il aprel ayının 11-dən etibarən qiyamət vaxtının başlayacağını və “X Niburu” planetinin Yer kürəsinə çırpılaraq qiyamət qoparacağını söyləyib.

Teleqraf.com xəbər verir ki, uzun zamandır bu mövzuda araşdırma aparan, 2017-ci il sentyabrın 23-də və noyabrın 19-da qiyamətin qopacağı haqda iddia irəli sürən Devid Meade indi də bu hadisənin aprelin 11-də baş tutacağı haqda məlumat yayıb.

Devid Meade mart ayında Şimali Koreyanın super güc olacağını və may ayında İsrailin yaranmasının 70-ci il dönümü ilə bərabər qiyamət əlamətlərinin başlayacağını iddia edib.

Aprelin 21-də reallaşacaq Günəş tutulması isə 7 il davam edəcək və çətinlik dövrünün müjdəçisi olacaq.

Tutulmanın ABŞ-ın 33-cü ştatı Oreqonda başladığını və 33-cü paralelə uyğun gələn Cənubi Karolina ştatında yekunlaşacağını qeyd edən Devid bu cür tutulmanın sonuncu dəfə 99 il əvvəl baş verdiyini və bu rəqəmin 33x3 hesablaması ilə əldə edildiyinə diqqət çəkib.
Həmçinin “İncil”də üçlüyü təmsil edən bəzi ifadələri də qeyd edən mütəxəssis Hz.İsanın 33 yaşında öldüyünü misal çəkib.

O, 2017-ci il dekabrın 21-də ABŞ-ın Qüdsün İsrilin paytaxtı olmadığını elan etməsindən 42 gün sonra Super Qanlı Mavi Ay Tutulması fenomeninin baş verdiyini qeyd edib.

Meadenin iddialarına görə, Şimali Koreya bu il Üçüncü Dünya müharibəsini başladacaq, “X Nibiru” planetinin Yer kürəsinə çırpılması isə qiyamətə səbəb olacaq.

Qeyd edək ki, NASA “X Nibiru” adlı planetin olmadığını və Yer kürəsinə çırpılmayacağını açıqlamışdı.


Müəllif: Cabbar