20 Fevral 2018 10:51
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-nin əməkdaşları həyatı təhlükədə olan balaca Hüseyn üçün ayağa qalxıblar.

Azad Azərbaycan Teleziya şirkətinin bir qrup əməkdaşı 8 yaşlı Hüseyn Fətullayevə dəstək məqsədilə video çarx hazırlayıb.

Məşhurlar videoçarxda doğulandan bəri uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkən balaca Hüseynə yardım çağırışı ediblər.

Qeyd edək ki, ailə bu vaxta kimi onun müalicəsi üçün maddi baxımdan əllərində olan nə varsa, hamısını verib. Lakin indi hər şey tükənib. Bir müddət əvvvəl çıxış yolunu xeyirxah insanların mərhəmətində axtaran çarəsiz ata övladının həyatını qurtarmaq məqsədilə maddi yardım üçün müraciət də yaymışdı. Müraciətə səs verənlər çox olsa da, hələ də Hüseynin müalicəsi üçün lazım olan məbləğin yalnız cüzi bir hissəsi yığılıb.


Müəllif: Teleqraf.com