20 Fevral 2018 13:11
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda Ana Dili Gününə həsr edilən tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə İnstitutun direktoru, akademik Möhsün Nağısoylu, Dövlət Dil Komissiyasının üzvü Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov çıxış edib.

Tədbirdə Azərbaycan dilinin zənginliyindən, alınma sözlərin dilin normalarına uyğunlaşdırılması prosesindən, eləcə də orfoqrafiya lüğətinə edilən dəyişikliklərdən bəhs olunub.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru dosent Təranə Şükürlü, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli, filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov məruzə ilə çıxış ediblər.


Müəllif: Könül