20 Fevral 2018 17:17
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Bunu Teleqraf.com-a açılqmasında “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımov deyib.

Klub rəhbəri bildirib ki, hazırda ərazidə axtarışlar aparılır: “Hələlik nəticə yoxdur”.

Qeyd edək ki, 2017- ci il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.


Müəllif: İlhamə Əbülfət