20 Fevral 2018 18:52
2 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Gündəlik Teleqraf” media qrupunun qonağı olub.

Teleqraf.com xəbər verir ki, “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Gündəlik Teleqraf” Media qrupunun rəhbəri Aynur Camalqızı və Media qrupunun əməkdaşları tərəfindən hərarətlə qarşılanıb.

Qonaqlar ilk olaraq “Gündəlik Teleqraf” Media qrupunun binası və iş sistemi ilə tanış olub.

Media kapitanları daha sonra işgüzar müzakirələr aparıblar. Görüşdə ölkə mediasının problemləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı əməkdaşlıq perspektivləri istiqamətini müzakirə ediblər. Problemlərlə bağlı ortaq və koordinasiyalı çalışmaların davam etdirilməsi qərar alınıb.

Qonaqlar həmçinin, “Gündəlik Teleqraf” Media Qrupun daxilində olan - Teleqraf.com, Publika.az, Axar.az saytlarının əməkdaşları ilə də görüşüblər.

Daha sonra “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu jurnalistlərin suallarını cavablandırıb.

Foto: Elnur Muxtar


Müəllif: Teleqraf.com