21 Fevral 2018 09:23
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın bəzi yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

Eyni zamanda, elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.


Müəllif: Şəfiqə