21 Fevral 2018 23:59
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il bayramqabağı verilən əfv fərmanının qarşıdan gələn Novruz bayramı ərəfəsində də imzalanacağı gözlənilir.

Teleqraf.com “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevin sözlərinə görə, indiyədək əfvlə bağlı keçirilən iclaslarda yüzlərlə müraciətə baxılıb.

Müraciətlərə baxılan zaman əsas 4 amilə xüsusi diqqət edilir.

Ə. Nuriyev onu da qeyd edib ki, əfv olunmaq üçün hər bir məhkum müraciət edə bilər. Ancaq meryarlara uyğun olan məhkumların müraciətinə baxılır.

Ötən il əfv fərmanı 423 nəfərə şamil olunub. Bu il də təxminən bu rəqəmə yaxın şəxsin əfv ediləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində 63 əfv fərmanı imzalanıb və indiyədək 7000-ə yaxın şəxs azadlığa çıxıb.


Müəllif: Teleqraf.com