22 Fevral 2018 11:37
1 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində insident baş verib.

İdarənin işçilərindən biri Teleqraf.com-a bildirib ki, hadisə dünən işdən sonra olub.

İdarədə iş icraçısı olan Sadiq Allahverdiyevlə rəis Gündüz Bağırovun arasında mübahisə düşüb. Nəticədə iş icraçısı xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.

ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırovla əlaqə saxladıq. Köməkçisi rəisin Goranboy Rayon İcra Hakimiyyətinə çağrıldığını bildirdi.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparat rəhbəri Cahan Məmmədov saytımıza açıqlamasında məsələnin yalan olduğunu dedi: “Elə bir hadisə olmayıb. Yayılan məlumat yalandır”.

Rayon Mərkəzi Xəstəxanasında isə fakt təsdiqləndi və bildirildi ki, Sadiq Allahverdiyev xəstəxanaya müraciət edib: “Xəsarət alması ilə bağlı şikayəti vardı. Onda xəsarət patologiyası aşkar edilmədi. Qeydiyyata götürdük. Bu gün yenidən müayinə üçün gələcəkdi, amma hələ gəlməyib".


Müəllif: İlhamə Əbülfət