7 Avqust 2014 12:02

Hər gün Azərbaycanın bir neçə rayonunda təbii qazın verilməsində fasilə yaranacağı barədə xəbərdarlıq yayılır. “Azəriqaz” bu gün saat 17:00-dək Abşeron, saat 18:00-dək Sabunçu, saat 20:00-dək isə Şəmkir rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Dünən Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Nərimanov, Yasamal, Binəqədi, Sabunçu, Nəsimi rayonlarında və bəzi bölgələrdə gün ərzində təbii qazın verilişi müvəqqəti dayanadırılıb.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Araz Ağayev Teleqraf.com-a bildirib ki, qaz xətlərində aparılan təmir-bərpa işləri, köhnə boruların yeniləri ilə əvəzlənməsi səbəbindən qaz verilişində fasilələr yaranır: “Son günlər fasilələrin çoxalması mövsümlə əlaqədardır. Adətən, yenidənqurma işləri yay aylarında həyata keçirilir. İşləri birliyin Qaz İxracı İdarəsi həyata keçirir”.

Şöbə rəisi mövsümlə bağlı olaraq prosesin sürətlənməsinin müvəqqəti xarakter daşıdığını desə də, qaz verilişində fasilələrin həmişə olacağını bildirdi: “Çünki bu elə sahədir ki, təmir-bərpaya həmişə ehtiyac yaranır”.

Naibə QURBANOVA


Müəllif:
Загрузка...