7 Avqust 2014 12:14
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rəsmi saytına erməni hakerləri tərəfindən bu gün saat 09.30-da hücum edilib


Bu barədə AzQAC-ın mətbuat xidmətindən məlumat verilib.


Müdaxilə saytda bütün yüklənmiş məlumatların (cəmiyyətin siyasəti, hüquqi bazası, razılaşmaları, sərhədyanı bölmələrdə olan fəaliyyətlər) silinməsi və tam yox olması ilə nəticələnib.


AzQAC səhifənin bərpası üçün təcili addımlar atıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssislərinin köməkliyi ilə problem aradan qaldırılıb. Hazırda sayt fəaliyyətini bərpa edib. “Bu, bir daha sübut edir ki, Erməni tərəfi humanitar dəyərlərə məhəl qoymur və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına qarşı hörmətsizlik edir. Humanitar fəaliyyətlə məşğul olan bir təşkilatın rəsmi saytına hücum etmək bunu deməyə əsas verir”, - deyə açıqlamada bildirilir.

/ APA/


Müəllif: