7 Avqust 2014 15:04
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir xanım iri, gözəl və cəlbedici gözlərə sahib olmaq istəyir. Bunun üçün də xanımlar makiyaj zamanı xüsusilə gözlərini vurğulayaraq ön plana çıxarır.

Bəzi xanımlar makiyaj edərkən gözlərinə sürməni rahatlıqla çəkir, amma bəzi xanımlar isə bunu bacarmır. Bunun üçün də bu xəbərimizdə xanımlara sürməni asan üsullarla çəkməyi öytərməyə çalışacağıq.Əvvəlcə sürmə ilə əlaqədar sadə qaydalardan bəhs edək:

1. Qələm formasındakı sürmə ilə rahat çəkə bilərsiniz, lakin incə uclu sürmələrin gözə çəkilməsi daha çətindir.

2. Sürmə çəkərkən bir dəfəyə çəkməyin. Göz qapağınıza addım-addım çəkin.

3. Kiçik xəttlərlə başlayın, əvvəl sol gözə bir cızıq, sonra sağ gözə bir cızıq çəkin. Sırayla gedin. Beləcə simmetrik olar.

4. Tələsik etməyin.5. Səhv varsa, islatdığınız qulaq çöpüylə yüngülcə çoxluğu silin.

6. Eyelinerin istifadəsində göz quruluşlarının da rolu böyükdür.
Aşağı göz qapaqlarınız varsa, sürməni qalın çəkməyin. Kirpik diblərinə incə bir şəkildə çəkin. Çünki çəkdiyiniz sürmə dərhal üst qapağa yapışar, ona görə əvvəl bir gözü çəkib qurudub, sonra digər gözü çəkin.Yumru gözləriniz varsa, onları uzunsov göstərmək üçün sürməni gözünüzün sonuna doğru uzadın və qalınlaşdırın. Kiçik gözləriniz varsa, gözlərinizin hamısına sürmə çəkməyin. Xaricə doğru yarım ya da başlanğıcı çox incə olan və gedərək qalınlaşan şəkildə sürmə çəkin. Böyük gözləriniz varsa, çox şanslısınız! Hər kəs gözlərini iri və cazibədar göstərmək üçün makiyaj edərkən çox məşğul olur. Siz istədiyiniz formanı tətbiq edə bilərsiniz!

Qadınlar arasında sürmə çəkməyin asan üsulları araşdırılmış və bir sıra asan üsullar aşkar edilmişdir. Bu üsullardan bəzilərilərini sizlərlə paylaşırıq.

1. Uzun ucu olan, bükülə bilən qələmlərdən satışda var. Bunu tapa bilsəniz bu qələmlərdən istifadə edərək asan çəkə bilərsiniz.

2. Bir çox qadınlar birinci dəfəsində tək düz xətt çəkmək üçün məşğul olur, bunun yerinə qısa sürüşlü xətlər çəkə-çəkə düz xətti çəkə və tamamlaya bilərsiniz.

3. Düz bir xətt çəkə bilmək üçün aşağı baxın, digər əlinizlə gözlərinizin yan tərəflərindən tutaraq azca dartın və düz xətti çəkin. Bu daha asan ola bilər.

4. Gözünüzü açıq saxlayın, başınızı bir az geri çəkərək hər iki gözünüzlə aynaya baxın. Bu üsul düz xəttlər çəkməyinizə köməkçi ola bilər.

5. Maye qələm və flamaster növü kimi bir sürmə istifadə edirsinizsə, artıqları təmizləmək üçün qulaq çöpü istifadə edin. Bu sizin işinizi daha da yüngülləşdirər.
Sürmə çəkməyin asan üsulları

6. Alt kirpik qisminə yarım sürmə çəkmək gözlərinizi daha yumru hala gətirə bilər, düz xətt meydana gəlməsi üçün narahatlığa səbəb yoxdur, pambıq və ya barmağınızın köməyi ilə təbii görünüşlü xəttlər meydana gətirə bilərsiniz.


Müəllif: