14 Mart 2018 15:07
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının ictimai nəqliyyatında xüsusi detektorlar sınaqdan keçiriləcəyi ilə bağlı yayılan məlumatlar şayiədir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ BNA-nın planında yoxdur:

“Bu gün əsas olan məsələ mövcud avtobus bazasının yenilənməsidir”.

Qeyd edək ki, Bakının ictimai nəqliyyatında xüsusi detektorlar sınaqdan keçiriləcəyi barədə Trend-ə layihəyə yaxın mənbə bildirib. Həmin detektorlar sürücülərin içkili olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək. Mənbənin sözlərinə görə, bu qurğuları mərkəzləşdirilmiş idarəetmə sisteminin tətbiq olunduğu istənilən ictimai nəqliyyat vasitəsində (avtobus, taksi və b.) istifadə etmək mümkündür:

"Cihaz sürücülərin ayıqlıq vəziyyətinə nəzarət etməyə, eyni zamanda, siqaret tüstüsünü müəyyən etməyə imkan verəcək. Bu barədə məlumat avtomatik olaraq idarəetmə mərkəzinə göndəriləcək. Məlumatların ötürülməsi üçün GDM əlaqə kanallarından istifadə olunacaq".

Qurğu artıq növbəti rübdə sınaqdan keçiriləcək.


Müəllif: Şəfiqə Nazimqızı