16 Mart 2018 13:22
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:04

"İçərişəhər" metrostansiyasında sərnişin relslərin üstünə yıxılıb.

Bu haqda Teleqraf.com-a Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Nəsimi Paşayev qeyd edib ki, hadisə qatar olmayan vaxt baş verib:

“Gərginliyi açıb, sərnişini çıxarmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur, nəzərə alasınız”.

Qeyd edək ki, relslərin üzərinə yıxılan vətəndaş yaşlı qadındır.

***

"İçərişəhər" metrostansiyasında relslərin üstünə yıxılan qadın xilas edilib.

Bu haqda Teleqraf.com-a Bakı Metropoliteni QSC Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlama verib.

O bildirib ki, həmin şəxs 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızıdır:

"Metronun "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Əməkdaşlarımız gərginliyi ayırıb, xanımı stansiya yolundan çıxardıb. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də təcili tibbi yardım çağrılıb. Xətdə ümumilikdə 3 dəqiqə gecikmə yaranıb".


Müəllif: İlhamə Əbülfət, Şəfiqə Nazimqızı