16 Mart 2018 14:32
7 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumiyyətlə, şəxsi həyatımla bağlı heç bir sayta və media orqanına danışmaq istəmirəm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Afaq Aslan onun kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) şəxsi münasibətlərinin olması ilə bağlı yayılan məlumatlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, bütün deyilənlər şayiədir:

“Heç bir şey deyə bilmərəm. Açıqlama da vermək istəmirəm. Həmin ehtimal jurnalistlərin fərziyyələridir. Bu şəxsi həyat mənim özümündür”.

Qeyd edək ki, müğənni şəxsi İnstaqram hesabında bioqrafiyasına özünün və sevgilisinin baş hərfini (A-N) qeyd edib. O, 100 minə yaxın izləyicisi olan səhifəsində yalnız kriminal avtoritetə məxsus olan səhifəni izləyir. Bu iki nüans onun Nadir Səlifovla münasibətləri olması haqda rəy yaradıb.


Müəllif: Sara