16 Mart 2018 17:37
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

59, 108 və 159 nömrəli müntəzəm marşrut xətlərinin fəaliyyətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Telqraf.com-a averilən məlumata görə, 59 nömrəli müntəzəm marşrut xətti hərəkət sxemində dəyişiklik edilməklə bərpa olunub.

Dəyişikliyə əsasən, 59 nömrəli marşrut xətti üzrə avtobuslar 2-ci Alatava yaşayış sahəsi-Mətbuat prospekti-Səməd Vurğun küçəsindən keçməklə son dayanacaq olaraq S.Rəhimov küçəsi (“28 May” metrostansiyasının yaxınlığı) müəyyən edilib.

Dəyişikliyə səbəb 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətidir. Sözügedən dəyişiklik nəticəsində, 2-ci Alatava yaşayış sahəsinin sakinlərinin şəhər mərkəzinə rahat gediş-gəlişi təmin ediləcək.

Sərnişindaşımada təkmilləşdirmə işləri çərçivəsində, 108 nömrəli marşrut xətti (metronun “Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmayı qəsəbəsi) ləğv edilərək fəaliyyətini “108 A” və “108 B” olmaqla davam etdirəcək. Dəyişikliyə əsasən, “108 A” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Goradil qəsəbəsi, son dayanacaq məntəqəsi “Azadlıq” metrostansiyası olmaqla, “108 B” nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Fatmayı qəsəbəsi, son dayanacaq məntəqəsi “Azadlıq” metrostansiyası olmaqla müəyyən edilib.

Dəyişiklik nəticəsində Fatmayı bağları (Çimərlik) və Mehdiabad qəsəbə sakinlərinin “Azadlıq prospekti” metrostansiyasına daşınmasınıın faziləsizliyi və təhlükəsizliyi təmin ediləcək.

Vətəndaş müraciətlərinə əsasən 159 nömrəli müntəzəm marşrutun (“Çiçək” qəsəbəsi-metronun “Elmlər Akademiyası” stansiyası) hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi təyin edilib. Bununla da yaşayış binalarının, iaşə obyektlərinin olduğu D.Bünyadzadə və 11E küçələri ilə müntəzəm marşrut xəttinin təşkili təmin olunacaq. Hazırda qeyd edilən ərazidə yaşayan sakinlər marşrut xəttində istifadə etmək üçün uzun məsafəni piyada qət etməli olurlar.

Hər üç marşrut xətti üzrə nəzərdə tutulan dəyişikliklər martın 21-dək tətbiq ediləcək.


Müəllif: Şəfiqə