16 Mart 2018 21:58
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi bu gün Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölən iki nəfərin şəxsiyyəti müəyyən olunmuşdur. Bunlar 1965-ci il təvəllüdlü İsmiyev Teymurşah Surac oğlu və 1961-ci il təvəllüdlü İsmiyeva Mehbarə Yarməmməd qızıdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Müəllif: Teleqraf.com