19 Mart 2018 16:50
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.

MN-dən Teleqraf.com-a verilən məlumata görə, hərbi qulluqçularla görüşən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Müdafiə naziri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzda görülən irimiqyaslı tədbirlərdən, dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərdən danışıb.

Nazir vurğulayıb ki, orduya göstərilən bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.


Müəllif: Teleqraf.com