8 Avqust 2014 15:05
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz həmişə abituriyentlərə qaydaları tam öyrənməyi təklif etsək də, çox təəssüf ki, onlar bu qaydaları öyrənmirlər. Abituriyentlər çox zaman nə öz ballarını fikirləşir, nə də əldə etdikləri nəticələri. Boş yerlərin qalmasına səbəb məhz qaydaları tam öyrənəməmək səbəb olur”.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrini elan edərkən bu fikriləri bildirib.

TQDK sədri abituriyentlərə bir daha qəbul şərtləri ilə yaxımdan tanış olmağı tövsiyə edib: “I qrupda təxminən 8 faiz yer dolmayıb. Dövlət sifarişli yerlər çox az qalıb, 4-5 nəfər. Qalan yerlər əsasən ödənişli yerlərdir. I qrupda müsabiqəyə buraxılanlar və qəbul olmayanların sayı 633 nəfərdir. Faktiki olaraq 633 nəfər 830 yerə iddiaçıdır və xüsusi qabiliyyət tələb edən kontingentə bunların aidiyyəti yoxdur”.

II qrupda qalan boş yerlərin sayının 1116 olduğunu bildirən TQDK sədri qeyd edib ki, bu qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar olmadığına görə abituriyentlərin özəl seçim imkanı genişdir: “1116 yerə 818 nəfər iddiaçı var, yəni bu iddiaçılar ərizələrində yalnız ödənişsiz təhsil formasını və çox yüksək müsabiqə vəziyyəti yaranan ixtisasları qeyd etdiklərindən kənarda qalıblar.

III qrupda isə 692 iddiaçı var, ümumi yerlərin sayı 981-dir. Onlardan xüsusi qabiliyyət tələb edən ixtisaslar 548-dir. Yəni 692 nəfər 433 yerə iddiaçıdır. Beləliklə, yalnız III qrupda müsabiqəyə buraxılanlardan təxminən 200 nəfər II mərhələdə qəbul olunmaya bilər”.

VI qrupda 1008 yerdən 146-sı xüsusi qabiliyyət tələb edən ixtisaslar olduğunu deyən TQDK rəsmisi müsabiqədən kənarda qalan abituriyentlərin hansı xətaya yol verdiklərini açıqlayıb: “ Yerdə qalan 862 yerə 24 nəfər iddialıdır. Onların hamısı qəbul oluna bilər. Cavab kartlarında göstərilən səhvlər nəticəsində belə vəziyyət yaranıb. Abituriyentlərin topladığı ballar, cavab kartlarının qrafik təsvirini hər biri öz kodu ilə daxil olsa baxa bilər.

Hansı ixtisaslarda birgə müsabiqə aparılıbsa, neçə nəfər Azərbaycan, neçə nəfər rus bölməsindən qəbul olunub, bunu biz cədvəl formasında jurnalda vermişik. Abituriyentlərin bu məlumatların hamısını oxuyub dərk etmək, məlumatlarla işləmək mədəniyyəti çox aşağıdır. Abituriyent hansısa bir ərizəni çap edə bilməyibsə, deməli, hansısa bir texniki səhvə yol verib. Nəticə də belə acınacaqlı olub”.

Sevil HİLALQIZI


Müəllif: