22 Mart 2018 14:46
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət avtomobil yolunun 82-110-cu km-lik hissəsində bu gün və sabah səhər saatlarından axşamadək yolun xətlənməsi işləri aparılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyinin İctimaiyyətə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

Məlumatda qeyd olunur ki, sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.


Müəllif: Teleqraf.com