24 Mart 2018 18:15
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində martın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə havanın zəif dumanlı, çiskinli olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun gecə 6-9° isti, gündüz 9-11° isti olacağı gözlənilir.


Müəllif: Teleqraf.com